Raufun yarımçıq qoyduğu işi Elşad Xose bitirdi
Əməkdar artist Mehriban Xanlarova nəhayət ki, "Maşın Şou"dan uzaqlaşdırıldı. APA TV-nin xəbərinə görə, buna reper Elşad Xose imza atdı.
Şounun “Xanımlar və Cənablar” adlı 15-ci buraxılışının növbəti günü gərgin anlarla yadda qaldı. Səsverməyə çıxan Elşad Xose “Raufun yarımçıq qoyduğu işi mən bitirəcəm” deyib, 3-cü dəfədir şouda iştirak edən təcrübəli Mehriban Xanlarovanı hədəf seçdi.
Şou müddətində müğənni Xatun Əliyeva Elşadla danışmadığını, ona güvənmədiyini, səs toplayacağı təqdirdə, özünün də hədəf ola biləcəyini ehtimal edib, Elşadın getməsi üçün səs istədi. Səsvermə müddətində xanımlarla cənablarla arasında gedən gərgin mübarizədə bəlli oldu ki, finala az qaldığını üçün artıq hər kəs öz oyununu oynayır, başqa sözlə, açıq mübarizə gedir.
Nəticəyə gəlincə, Elşad Xose 74,82 faiz səs toplayaraq, Mehriban Xanlarovanı şoudan uzaqlaşdırdı. Amma şounun əvvəlində söz verdiyi “ustad dərsi”ni də keçdi.
Elşad Xose diz çöküb, Mehriban Xanlarovanın əlini öpdü və sağollaşdı.