Ukraynadakı vəziyyət, Qərbə qarşı səhv, neftin qiyməti - PUTİNDƏN MARAQLI CAVABLAR

Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.  

 

"Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq,  bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır. Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir", - deyə Putin qeyd edib.


Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini də açıqlayıb: "Qərblə münasibətlərdə bizim ən əsas səhvimiz ondadır ki, biz onlara həddindən çox etibar etdik, onların səhvi isə bu etibarı zəif cəhət kimi qəbul və ondan sui-istifadə etmələrindədir".    


Dövlət başçısı neftin hazırkı qiymətləri ilə bağlı Rusiyanın mövqeyini də bildirib. "Biz enerjidaşıyıcı bazarlarında mövqeyimizi OPEK ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə  əlaqələndirmişik və qiymət 50 dollardan yuxarı olmaqla, stabil saxlanılır. Biz hesab edirik ki, bu ədalətli qiymətdir, bu, bizi tamamilə qane edir" - deyə, V.Putin qeyd edib.  

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı