İraqın şimalında döyüşlər başladı
İraq şimalında hökumət qüvvələri ilə peşmərgə arasında döyüşlər başlayıb. APA TV-nin məlumatına görə, "Reuters" hərbi mənbələrə istinadən döyüşlərin Kərkük şəhərinin 35 kilometr şimal-qərbində getdiyini yazıb.
Pirdə bölgəsi Kərkük-Ərbil yolu üzərində yerləşir. Sabah saatlarında peşmərgə ilə "Haşdi Şabi" arasında başlayan döyüşlərdə ağır silahlardan istifadə olunduğu bildirilir.
Ötən gün isə İraq Türkmən Cəbhəsinin Kərkükün şimalında yerləşən Altınkörpü bürosu yandırılıb. Kərkükün bu qəsəbəsi yaxınlığında peşmərgələrin səngər qurduğu qeyd olunur. Çoxlu sayda hərbi texnikanın, hərbçilərin bölgəyə yerləşdirildiyi yayılan xəbərlər arasındadır.