Azərbaycanlı ekstrasens: "Gələn il III Dünya müharibəsi başlayacaq"
2018-ci ildə Rusiyada baş tutacaq futbol üzrə dünya çempionatı sakit keçməyəcək. Bunu APA TV-yə açıqlamasında azərbaycanlı ekstrasens Nadim Alıxanov deyib.
Onun sözlərinə görə, çempionat vaxt bu ölkədə terror baş verəcək: "Rusiyanın strukturu nə qədər güclü olsa da, nə qədər güclü qorumağa çalışsalar da, dünya çempionatı başlayan ərəfələrdə terror gözlənilir".
Ekstrasens gələn il baş verəcək hadisələrdən də danışıb: "2017-ci ilin sentyabr ayından sonra dünyada və Azərbaycanda ağır illər olacaq. Noyabr ayında son illərin olmadığı qasırğaların olması, suların qalxması baş verəcək. Çox qarşıdurmalar olacaq. Qarabağ problemi sakitliklə həll olunmayacaq. Deyirlər, Qarabağ sülh yolu ilə qaytarılacaq. Mən elə şey hiss etmirəm. Ancaq döyüş yolu ilə ala bilərlər. Döyüş də qaçılmazdır, başlayacaq. 2018-ci ilin seçkilərindən dərhal əvvəl, yoxsa dərhal sonra Qarabağ məsələlərini alovlandıracaqlar. 2018-ci ili Üçüncü Dünya müharibəsinin açılış ili kimi görürəm".