Sərxoş halda evə girdi, televizor oğurladı
Mənzilindən pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizoru oğurlanan Bakı şəhər sakini Sulduq Şükürovun evinə girən şəxs həbs olunub.
APA TV-nin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları isti izlərlə cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimovu saxlayıblar.
Ruslan törətdiyi cinayəti etiraf edib: "Sərxoş idim. Girdim evə, televizor gördüm. Aparıb Sabunçu bazarında 130 manata satdım".
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən daha 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.
Toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin istintaq şöbəsinə göndərilib.