Əfqanıstanda məscidlərə terror hücumu: çoxlu sayda ölən və yaralanan var

Əfqanıstanda iki məsciddə partlayış törədilib, onlarla dinc sakin terror aktının qurbanı olub.

 

APA TV-nin məlumatına ilk partlayış Kabildə baş verib. İmam Zaman məscidində törədilmiş terror aktı nəticəsində aralarında qadın və uşaqlar da olmaqla xeyli adam ölüb. Partlayışı terrorçu-intiharçı törədib.

 

Daha bir partlayış isə Qur əyalətində törədilib. Burada da terrorçu-kamikadze özünü məsciddə partladıb.

 

Son məlumata görə, terror aktları nəticəsində azı 59 nəfər ölüb, 55 adam yaralanıb.

 

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Müəllif | Apa.Tv