Misirdə terrorçular 54 polisi öldürdü - DÖYÜŞLƏR PAYTAXT YAXINLIĞINDA GEDİR

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla atışmada 54 polis əməkdaşı həlak olub, 8-i yaralanıb. Ölənlərin 20-si zabitdir.

 

APA TV-nin məlumatına görə, insident Qahirədən 135 km aralıda yerləşən əl-Vəhət bölgəsində, terrorçulara qarşı keçirilən xüsusi əməliyyat zamanı baş verib. Asayiş keşikçiləri iriçaplı silahlardan atəşə tutulublar. Terrorçuların hansı qruplaşmaya mənsub olduğu barədə məlumat verilmir.

Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov