Trampın impiçmenti üçün imza toplanır - MİLYARDER RƏQİB HƏRƏKƏTƏ KEÇDİ
"ABŞ prezidenti Donald Trampın impiçmentinə səbəb tapacaq adama 10 milyon dollar mükafat verəcəyəm".
APA TV-nin məlumatına görə, bu sensasion vədi amerikalı milyarder Tom Stayer özünün "Twitter" səhifəsindən elan edib.
"Təhlükəli prezidentə impiçment elan edib, onu vəzifədən uzaqlaşdırmaq lazımdır. Əgər buna bir səbəb yoxdursa, görün hökumət hansı vəziyyətə düşüb?" - deyə, milyarder fikirlərini bölüşüb.
T. Stayer bildirib ki, ABŞ tarixində artıq belə bir təcrübə olub və indi də məhz bu təcrübədən faydalanmaq lazımdır:
"Bu gün həm konqres, həm də elə D. Trampın öz administrasiyasında bu adamın real təhlükə olduğunu bilməyən yoxdur".
Milyarderin təşəbbüsü ilə impiçment prosesinə dəstək üçün xüsusi internet səhifəsi də yaradılaraq, imzatoplama kampaniyası başlayıb.
Qeyd edək ki, bir müddət sabiq prezident Barak Obamanın müşaviri olmuş T. Stayerin varidatı 1,6 milyard dollar həcmində qiymətləndirilir.