Merkel: "Türkiyənin pulu kəsiləcək"

"Rəsmi Ankara ölkədə demokratiyanı boğur. Bu səbəbdən də Türkiyəyə dövlət idarəetməsinin və qanunvericiliyin təkmilləşdirilməsi və kənd təsərrüfatında islahatlar aparılmasına ayrılan maliyyə yardımı dayandırılacaq".

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Brüssel sammitinin yekunlarını dəyərləndirən Almaniya kansleri Angela Merkel bildirib. Bununla belə, miqrant məsələsinə görə ölkəyə ayrılan 4,5 milyard avronun məbləğində dəyişiklik olmayacaq.

A. Merkel onu da bildirib ki, maliyyələşmənin dayandırılması Türkiyə ilə dialoqun davam etdirilməsi üçün adekvat addımlar atılacaq.

Qeyd edək ki, Türkiyə 30 ildən artıqdır Avropa İttifaqına üzv olmağa çalışsa da, ittifaq ölkələri ilə rəsmi Ankaranın bu istiqamətdə danışıqları 2005-ci ildən başlayıb.
 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov