"Maşın şou"dan daha bir iştirakçı getdi: "Qızlara bel bağlamaq olmaz"
"Maşın şou"da finala sayılı günlər qalıb.
APA TV-nin məlumatına görə, səsverməyə aparıcı Vüsalə Kərimova çıxıb. O, şounun əvvəlindən "mən heç bir qruplaşmada yoxam, tək mübarizə aparıram", dedi. Sona qədər də hədəfinin kim olduğunu açıqlamadı.
Şounun sonuna qədər iştirakçıları intizarda saxlayan Vüsalə Kərimova 51,57 faiz səs toplayaraq hədəfini açıqladı.
Şounu tərk edən Elşad Xose isə buna təəccüblənmədi.