Ekspert: “Azərbaycan Rusiyadan ən çox silah alan 8-ci ölkədir”

2013-2016-cı illərdə Rusiyadan ən çox silah alan ölkələr Hindistan, İraq və Vyetnam olacaq və bununla da ilk Çin və Əlcəzair ilk üçlüyü tərk edəcək. Dünya Silah Ticarətinin Analiz Mərkəzinin direktoru İqor Korotçenko "RİA Novosti" agentliyinə açıqlamasında belə deyib.

 

Onun sözlərinə görə, 2013-2016-cı illərdə Rusiyadan ən böyük silah idxal edəcək ölkələrin ilk üçlüyündə 2005-2012-ci illərə nisbətən dəyişikliklər baş verəcək. Hindistan birinciliyini qoruyacaq. Mərkəzin proqnozlarına əsasən, siyahıda ikinci yerə İraq qalxacaq, üçüncü yeri isə Vyetnam tutacaq. Bununla da Əlcəzair Rusiyadan ən çox silah idxal edən ölkələrin siyahısında üçüncü yerdən altıncı yerə düşəcək.

 

2013-2016-cı illərə Hindistanın Rusiyadan aldığı silahların həcmi əhəmiyyətli dərəcədə artaraq 32,75 % təşkil edəcək. 2005-2012-ci illərdə bu rəqəm 27,31 % olub. İraqa olan satış həcmi 0,54 %-dən 9,87%-ə, Vyetnam üçün isə 4,86 %-dən 8,92%-ə qalaxacaq.

 

Ekspertin sözlərinə görə, Rusiya silah satışının 51,24 faizini Hindistan, İraq və Vyetnama gerçəkləşdirəcək. Satılacaq silah və texnikanın 32,54 faizi isə Çin, Venesuela, Əlcəzair, Suriya, Azərbaycan, Braziliya və İranın payına düşəcək.

 

Müəllif | Apa.Tv