17 yaşlı oğlan adam öldürdü: QISQANCLIQ
Şəmkirdə qətl hadisəsi törədilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi olan 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq onu qətlə yetirib.
Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədova zəng vurararq onu avtomobil dayanacağına çağırıb. Söhbət zamanı Həsrət bacısı ilə yaxın münasibəti olan Turalı qızdan uzaq durmağı tələb edib. Daha sonra isə Həsrət üzərində gəzdirdiyi qatlanan bıçaqla Turalın döş qəfəsinə bir bıçaq zərbəsi vurub. Xəsarət alan 28 yaşlı Tural hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.