"QAZel"lə "KamAZ" toqquşdu: 1 ölü, 1 yaralı
Sabirabadda avtoqəza baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Hacıqabul-Horadiz magistralının 38-ci kilometrliyində, Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində "QAZel" markalı avtomobillə 33 BE 423 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobillə toqquşub.
Nəticədə Saatlının Bəylik kənd sakinləri, 1972-ci il təvəllüdlü Abdulılayev Əli Hüseynqulu oğlu xəstəxanaya aparılarkən yolda ölüb, digər yaralı 1990-cı il təvəllüdlü Abdullayev Elmir İltifat oğlu Sabirabad rayon xəstəxanasına yerləşdirilib.
Qəza zamanı yolda böyük tıxac yaranıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.