Qarabağda erməni hərbçiləri öldü
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb.
APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, ölənlər 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyandır.
Onların odlu silahdan istifadə qaydalarına əməl etmədikləri nəticəsində aldıqları güllə yaralarından öldüyü bildirilir.