Tovuzda mikroavtobusla minik maşını toqquşub
Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “Fiat Ducato” markalı mikroavtobusla "VAZ 21011" markalı minik maşını toqquşub.
Nəticədə "Jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.