Eldəniz Quliyev MÜSAVATI SUÇLADI: "Onların arqumenti əsassızdır"

Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi təklifi ilə bağlı İsa Qəmbərin çıxışı məntiqsizlikdir. “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Musavat" Partiyasını Şurada müzakirə oluanan məsələlərə qarşı çıxamqda suçlayıb. E.Quliyev APA TV-yə bunları deyib: "Hətta həmsədrlik institutunun yaradılması da gündəmə gəldi. Onda Müsavat funksionerləri buna qarşı çıxdılar. Yəni onların arqumentləri heç bir tənqidə dözməyən arqumentdir. Fəxri sədr seçiləndə də Müsavat səs vermədi və hətta belə olacağı təqdirdə dedilər ki, başqa ölkənin vətəndaşıdır. Heç bir məntiqə söykənməyən, əsassız, məntiqsiz, zəif bir arqumentdir".

 

Sessiya başa çatan kimi Rüstəm İbrahimbəyovla telefon əlaqəsi saxladığını deyən Eldəniz Quliyev onun yeni təyinatdan və dünənki sessiyadan razı qaldığını bildirib. “El” Hərəkatı üzvü həmçinin Eldar Namazovun Milli Şuranın İcra Aparatının rəhbəri postundan istefa verməsi məsələsinə də münasibət bildirib: "Sessiyanın kiminsə aparat rəhbərliyindən uzaqlaşdırmaq və ya təyin etmək hüququ yoxdur. Bu hüquq istisna olaraq Milli Şuranın sədrinə aiddir. Sadəcə məni ağrıdan, incidən o oldu ki, gərək, bir təşəkkür edəydilər. Çünki hamı bilir ki, Milli Şuranın yaranmasında çox böyük əziyyət çəkib. Əziyyətə adekvat bir münasibət sərgiləmək lazım idi".

 

Milli Şuranın sessiyasında Rüstəm İbrahimbəyovun Şuraya fəxr sədr seçilməsi səsə qoyulmazdan əvvəl çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, əksəriyyət kinodramaturqun fəxri sədrliyinə səs verəcəksə, Müsavat Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacaq. Onun bu açıq mesajından sonra keçirilən səsvermədə isə İbrahimbəyov Şuranın fəxri sədri seçilib.

 

Müəllif | Apa.Tv