Goranboyda minik maşını yük avtomobili ilə toqquşdu, xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı maşını “Shacman” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes"də olan sərnişin Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv