İşığı yandıranda ev partladı - QAZAXDA QAZ SIZMASI

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Kənd sakini Cəvahir Vəliyeva yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C.Vəliyevanın vəziyyəti hazırda orta-ağırdır.

Ərazidə polis və FHN-nin əməkdaşları müayinələr aparıb. Partlayışın mətbəxə təbii qazın sızmasından qaynaqlandığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv