Əyləncə mərkəzində insanları girov götürən şəxs saxlanıldı - İNGİLTƏRƏDƏ

Silahlı şəxs İngiltərədə əyləncə klubunda insanları girov götürüb. APA TV-nin “The Daily Mirror” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Uorkşir qraflığının Naniton şəhərində baş verib.

Əraziyə hüquq-mühafizə orqanları, xilasedicilər toplaşıb. Müəyyən edilib ki, girovlar 2 nəfərdir.

İngiltərə polisinin Naniton şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində silahlı şəxs tərəfindən “Bermuda-Park” əyləncə mərkəzində girov götürülən həmin insanlar azad edilib.

İnsidentlə əlaqədar bir nəfər saxlanılıb, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisənin terrorla əlaqəli olmadığı qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv