Bəzi yerlərdə yağış yağacaq

Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  

 

Havanın temperaturunun gecə 10-13, gündüz 17-20 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd