Azərbaycanlı avtoritet həbsxanada öldü
Azərbaycanda məhbus ölüb.
APA TV-nin məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.
Kriminal aləmin üzvü olduğu bildirilən E.Fərhadov 2009-cu ildə Ağdaş rayonundakı şadlıq saraylarından birində keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi "Makarov" tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.
Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.