ABŞ rəsmisi: "Əsirləri yerindəcə öldürün!"

ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə üzrə xüsusi təmsilçisi Brett McGurk Rəqqada ələ keçən terrorçuların öldürülməsi ilə bağlı təlimat verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "Suriya Demokratik Qüvvələri"nin nəzarətinə keçən şəhərdə 300-ə qədər İŞİD üzvünün olduğu bildirilir. Brett McGurk terrorçuları əsir almamağı, onları yerindəcə öldürməyi tapşırıb: "Bizim vəzifəmiz, İŞİD-ə qatılmaq üçün Suriyaya gələnləri oradaca öldürməkdir. Əgər onlar Rəqqadadırsa, Rəqqada öləcəklər".

 

Məlumata görə, 300-ə qədər İŞİD-çi stadion və xəstəxana yaxınlarında gizlənir.

 

Şəhərin azad olunması əməliyyatlarında 4200 mülki şəxsin ABŞ təyyarələrindən atılan bombalar və Suriya Demokratik Qüvvələrinin gülləsindən öldüyü qeyd olunur. ABŞ hər gün təxminən 37 ton bomba yağdırıb şəhərə.

Müəllif | Apa.Tv
Elvin Bayramlı