Şəhid əsgərimiz Saatlıda torpağa tapşırıldı

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun  hərbi qulluqçusu Cabbar Firuddin oğlu Zeynalov bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı