Nail Naiboğlunun xanımı nədən vəfat edib?

Ötən həftə tanınmış klipmeyker Nail Naiboğlunun həyat yoldaşı Gülər xanım qəfildən vəfat edib.

 

APA TV-nin məlumatına görə, onunla illərlə dostluq edən rəqqasə Fatimə Fətəliyeva bu xəbərdən sarsılıb.

 

O, APA TV-yə özəl açıqlamasında Gülər xanımla çox yaxın rəfiqə olduğunu bildirib: “Mənim üçün çox ağır xəbər oldu. Onunla uzun illərdir dostluq edirəm. Ailəvi dostuq. Nailin xanımını özündən çox istəmişəm. Gözəl xanım olub. Bir onu bilirəm ki, Nail güc toplamalıdır. İndi Gülər onları tək qoymamalı idi. Bu, Allahın yazısıdır”.

 

Gülər xanımın səhhəti ilə bağlı heç bir problemi olmayıb: “Sağlam idi. Evdar idi. Heç vaxt şikayəti olmayıb. Adam bilmir, bəlkə də birdən təzyiqim qalxdı və yerimdə qalacam? Bunların hamısı stressdəndir, insanların bir-birinə yanaşmasındandır. Bir-iki gün təzyiqi oynayıb. Təzyiqi qalxıb, qəfil də düşüb. Təcili yardım gəlib, amma kömək edə bilməyiblər. Xəstəxanaya aparıblar, amma gec olub”.

 

Qeyd edək ki, Nail Naiboğlu Gülər xanımla 2001-ci ildə ailə qurub. Onların Hüseyn və Nailə adlı iki övladı var.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli