Azərbaycanın yeddi boksçusu Avropa çempionatının 1/4 finalında
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.
52 kq çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə 1/4 finalda İvan Prislə (İngiltərə), 56 kq çəki dərəcəsində Orxan Həsənov rusiyalı Aleksey Kiselyevlə, 69 kq çəki dərəcəsində Nicat Həsənov Qabriel Dossenlə (İrlandiya), 75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov fransalı Moreno Fendero ilə, 81 kq çəki dərəcəsində Surət Qarayev Konrad Kajmarkeviçlə (Polşa) mübarizə aparacaq. Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) isə rəqibi rumıniyalı Emanuel Mikan olacaq.
49 kq çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə 1/4 finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.