FİFA “İlin qolu”nu seçdi: “Əqrəb zərbəsi” qalib gəldi
London “Arsenal”ının hücumçusu Olivye Jiru ilin ən yaxşıqoluna görə Ferens Puşkaş mükafatı alıb.
Jiru İngiltərə Premyer Liqasında “Kristal Palas”a qarşı bu il yanvarın 1-də keçirilən qarşılaşmada “əqrəb zərbəsi” ilə qol vurub.
Mükafatın təqdimat mərasimi Londonda keçirilib. FİFA Ferens Puşkaş mükafatını 2009-cu ildə təsis edib. Qalib azarkeşlər arasında keçirilən onlayn səsvermə yolu ilə seçilir.