Poroşenkoya qarşı sui-qəsd oldu: İKİ NƏFƏR ÖLDÜRÜLDÜ
APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin adından yayılan bəyanatında deyilir. Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeyevka şəhərinə səfəri zamanı alınıb. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.
Amma az sonra Ukrayna Təhlükəsizlik Xidməti ölkə prezidenti P. Poroşenkoya qarşı sui-qəsd cəhdi barədə yayılan məlumatları təkzib edib. Bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib.
Təhlükəsizlik Xidmətindən həmçinin bildirilib ki, məlumatın KİV-lərə kim tərəfindən göndərildiyi araşdırılır.
Qeyd edək ki, P. Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeyevkada əməliyyat müşavirəsi keçirib.