Ermənistandakı Rusiya hərbi hissəsində qanlı insident: 2 ölü

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.

 

APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib.

 

Müəllif | Apa.Tv