Qonşusunun evindən 3 dəfə oğurluq etdi, sonda yaxalandı

"Gördüm, neçə gündür, işığı yanmır. Düşdüm aşağı, kondisioner vardı, ayağımı üstünə qoyub, keçdim içəri".

 

APA TV-nin xəbərinə görə, bunu oğurluğa görə saxlanılan Fərhad Əliyev deyib. Nizami rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində kirayədə qalan Fərhad Əliyev qonşusunun evindən oğurluq etdiyinə görə həbs olunub. Mənzilindən xeyli miqdarda qızıl-ziynət əşyasının itdiyi, pulların oğurlanması barədə polisə zərərçəkən məlumat verib. 

 

Eyni mənzildən 3 dəfə oğurluq edən Fərhad Əliyev ümumilikdə mənzil sahibinə 3000 manata yaxın ziyan vurub. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi acılıb. Bu şəxsin diğər cinayətlərdə iştrak edib-etmədiyi dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv