ABŞ-ın neft ehtiyatlarına dair hesabat ərəfəsində neft bahalaşmağa başlayıb

Amerika Neft İnstitutunun hesabatı ərəfəsində Asiya ticarət sessiyalarında neftin qiyməti bahalaşmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-da hasilat tempinin zəifləməsi, İraqdan neft nəqli ilə bağlı fasilələrin yarana biləcəyi ehtimalı da neftin qiymətinə pozitiv təsir göstərir.

 

Amerika Neft İnstitutu bu gün, ABŞ Energetika Nazirliyi isə sabah ölkənin neft və benzin ehtiyatlarının həcminə dair hesabatlar açıqlayacaq. Birinci hesabat proqnoz, ikinci hesabat isə rəsmi xarakter daşıyır. Analitiklərin fikrincə ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,5 milyon barel, benzin ehtiyatları isə 1,9 milyon barel azalıb. İraqın şimalından neft daşımalarının həcmi isə sutkalıq 200 min barelə enib. Bu amillər neftin həftə ərzində bahalaşma trendində olacağı ehtimalını artırır.

 

Hazırda birjalarda “Brent” neftinin bir bareli 57,48 dollardan satılır, Qərbi Texas nefti isə 52 dollara təklif olunur. WTİ neftinin qiymətində sutka ərzində dəyişiklik olmaması maraq doğurur. İki marka arasında qiymət fərqi isə 5 dollara yaxınlaşmaqdadır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı