ABŞ aviasiyası Əsəd qüvvələrinə zərbələr endirdi - ÖLƏNLƏR VAR
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə endirdiyi zərbə nəticəsində 14 dinc sakin ölüb, 32 nəfər yaralanıb.
APA TV-nin "Reuters"ə istinadən məlumata görə, hədəfdə Suriya ordusunun Əl-Kusur məhəlləsindəki mövqeləri olub.
Londonda yerləşən Suriyanın insan haqlarının qorunması monitorinq mərkəzi hava zərbələri nəticəsində azı 22 dinc sakinin öldüyü barədə məlumat yayıb.