Şəmkirdə avtomobil dərəyə aşdı: 1 ölü, 4 yaralı
Şəmkirdə avtomobilin aşması nəticəsində bir nəfər ölüb, biri polis olmaqla 4 nəfər xəsarət alıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva"nın idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində rayon sakini, 27 yaşlı Elvin Məmmədov hadisə yerində ölüb. Avtomobildəki 4 nəfər - Kür qəsəbə sakini, 27 yaşlı Fərman Mirzəyev, Əliyaqublu kənd sakinləri - 27 yaşlı Orxan Qasımov, 24 yaşlı Rauf Quliyev və 27 yaşlı Tural Yusubov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Şəmkir rayon Polis Şöbəsinin serjantı Fərman Mirzəyev isə Gəncədəki xəstəxanaların birinə aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.