İranlı general: "ABŞ İsraili qorumaq üçün İŞİD-i yaratdı"
"İranın səyləri nəticəsində ABŞ-ın Yaxın Şərq regionu ilə bağlı planları iflasa uğrayıb".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları komandanı Məhəmməd Pakpur belə deyib.
O, eyni zamanda ölkəsinin ballistik raketlərin istehsalını sürətləndirəcəyini qeyd edib.
"Onlar Suriya və İraqdakı müqaviməti görüb anladılar ki, belə davam etsə İsrail yer üzündən silinəcək. Buna görə də İŞİD terror təşkilatını yaratdılar".
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsinin İranla bağlı yeni strategiyası sanksiyaların tətbiqi ilə başlayacaq.