“Dayana bilmirəm, dəyməz!” - VÜSALƏ ƏLİZADƏ "MAŞIN ŞOU"NU TƏRK ETDİ
“Maşın Şou”da final mübarizəsi davam edir.
APA TV-nin məlumatına görə, ötən gün aparıcı Vüsalə Əlizadənin yarışmanı tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbər isə canlı yayımda təsdiqini tapdı.
Səhhəti ona final mübarizəsində sona qədər qalmağa imkan vermədi və beləliklə, Vüsalə Əlizadə üçün maşın əldən getdi. Xatun Əliyeva və Talıb Tale isə bu mübarizəni davam etdirirlər. Hərçənd hər keçən an gərginlik daha da artır.
Bəlkə də elə bu dəqiqələrdə kimsə əlini maşından çəkib, bəlkə hələ də dözürlər. Nəticə yalnız axşam saatlarında bəlli olacaq.