General Sissi: "İŞİD Misirə gəlir"
"Suriya və İraqdan qaçan İŞİD terrorçularının növbəti hədəfi mənim ölkəm olacaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Misirin prezidenti Əbdül-Fəttah əs-Sisi bildirib.
O deyib ki, İraqın azad olunan bölgələrindəki terrorçular əvvəlcə Liviyaya, daha sonra Misir və Şərqi Afrika regionuna yönələcək. Əs-Sisi bunun qarşısının alınması üçün tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, Misir prezidentinin bu açıqlamasından sonra Rusiya Xarici İşlər Nazirliyi bu ölkədəki vətəndaşlarına müraciət edərək, onları maksimum ehtiyatlı olmağa çağırıb.