Teleaparıcı Rusiya prezidentliyinə namizəd oldu: "Krım Ukrayna ərazisidir!"

Məşhur rus teleaparıcı Kseniya Sobçak prezidentliyə namizəd olacağını açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sürpriz qərarını açıqlayan K. Sobçak Rusiya tərəfindən Krımın ilhaqını tənqid edib: "Krım birmənalı şəkildə Ukrayna ərazisidir. Rusiya Krımı ilhaq etməklə 1994-cü ilin Budapeşt memorandumunu pozub, həmin sənədlə götürdüyü öhdəliyinə əməl etməyib".

 

K.Sobçak qeyd edib ki, bu məsələdə ölkəsi kompromisə getməlidir.

 

Qeyd edək ki, K.Sobçakın seçkiöncəsi kampaniyasının rəhbəri Rusiyanın ilk prezidenti Boris Yeltsinin seçki marafonunu idarə etmiş İqor Malaşenko olacaq. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov