Rövnəq Abdullayev: "Benzinin qiymətinin artmasını..." - MÜNASİBƏT

“7 ildən sonra benzinin qiymətinin artırılmasını normal qarşılayıram”.

APA-nın xəbərinə görə, bunu hazırda İstanbulda olan ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. ARDNŞ prezidenti yanacağın qiymətinin 7 ildən bəri artırılmadığını xatırlayaraq bildirib ki, büdcəyə yeni maliyyə vəsaitinin gəlməsi sosial proqramların həyata keçirilməsi imkanlarını daha da gücləndirir: "Dövlət büdcəsi və sosial proqramların maliyyələşdirilməsi gündən-günə artır. Bu normaldır. Bu artımın məhsulun maya dəyərinə heç bir aidiyyatı yoxdur, biz yenə də sosial proqramlarımızı həyata keçirəcəyik. Biz neft məhsullarımızın Avropa standartarına uyğun olmasına doğru gedirik. Hal-hazırda dizelimiz Avropa standartındadır. Benzimizin digər növlərini də Avro standartına, böyük investisiyalarla yeni zavodlar tikərək gətirə bilərik”.

 

Rövnəq Abdullayev yüksək oktanlı benzin növlərinin qiymətinin sərbəst buraxılmasının tərəfdarı olduğunu da bildirib: “Məlumdur ki, böyük avtomobillər 95-98 oktan benzindən istifadə edir. Niyə dövlət böyük “cip” sürüb 95-98 oktanlı benzindən istifadə edənləri subsidiya etməlidir? 95 və 98 oktan benzin dünya qiymətinə olmalıdır. Dövlət dizeli və 92 oktan benzini subsidiya edir, bunu başa düşdük, bəs niyə bahalı maşınlarda istifadə edilən benzini subsidiya etməlidir? Biz 92 oktan benzinin rəngini dəyişdirdik ki, əliəyri adamlar 92 oktan benzini 95 oktan benzinə qarışdıra bilməsinlər. Hal-hazırda keyfiyyətlə bağlı problem yoxdur. Mən xahiş etmişdim ki, 95 oktan benzini açıq bazarda sataq, ancaq təklifim qəbul olunmadı”. 

Müəllif | Apa.Tv
Apa.tv