61 yaşlı kişi odlu silahla 2 nəfəri öldürüb, 2 nəfəri yaraladı - ABŞ-DA
ABŞ-ın Kaliforniya ştatında 61 yaşlı bir kişi dinc sakinlərin olduğu ərazilərə odlu silahdan atəş açıb. APA TV "Reuters"ə istinadən xəbər verir ki, Alan Eşmor adlı şəxs əsasən avtomobilləri, fərdi evləri və yaxınlıqdakı bir zavodu nişan alıb.
Nəticədə iki nəfər dünyasını dəyişib, daha iki nəfərsə xəsarət alıb. Onlardan biri polis əməkdaşı olub.
Sonradan əraziyə çox sayda polis əməkdaşları gəlib. A.Eşmor saxlanılaraq polis məntəqəsinə aparılıb. Onun insanlara doğru atəş açmasının səbəbləri barədə açıqlama verilməsə də, bunun son zamanlar başına gələn hadisələrlə əlaqəli olacağı güman edilir. Belə ki, Eşmor bir neçə dəfə həbs edilib.
Evinə və avtomobilinə baxış zamanı oradan da odlu silah tapılıb. Hazırda polis başqa cinayətlərdə də onun barmaq izini araşdırır.