Rusiyada tanınmış azərbaycanlı iş adamı evinin qarşısında öldürüldü - SİFARİŞLƏ

Rusiyanın Saratov vilayətində Ceyhun Cəfərov adlı azərbaycanlı iş adamı öldürülüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, yaşadığı evin qarşısında naməlum şəxs ona oldu silahdan üç dəfə atəş açıb. 55 yaşlı iş adamı, "Vozrojdenie-KDM" tikinti şirkətinin rəhbəri olan 55 yaşlı biznesmen ürəyindən aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə anı evin ətrafındakı müşahidə kameralarına düşüb.

 

Saratov vilayətinin Azərbaycan icmasından cinayətin sifariş xarakterli olduğu bildirilib.

 

Hazırda faktla bağlı istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov