Saakaşvili Kiyevin mərkəzində çadır qurdu
Odessanın sabiq qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ali Rada qarşısında qurulan çadırlardan birinə köçüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sabiq merin çadırı mühafizə olunur, əraziyə kənar şəxslər buraxılmır.
Bu arada siyasətçi qısa açıqlama verərək, Ukrayna hökumətinin onu ekstradisiya etməyə hazırlaşdığını bildirib və Ukrayna xalqından dəstək istəyib: "Mən doğma Kiyev sakinləri və vicdanlı ukraynalılardan dəstək istəyirəm. Mən sizi qoruyacağam, siz də məni qoruyun. Gəlin, birlikdə mübarizə aparaq".
Qeyd edək ki, bir qədər əvvəl baş prokuror Y.Lutsenko Miqrasiya Xidmətinin sabiq qubernatora qaçqın statusu verməkdən imtina etdiyini, bu qərarın isə M.Saakaşvilinin ekstradisiya və ya deportasiyası üçün əsas olduğunu açıqlayıb.