Mülayim hava şəraiti sabah davam edəcək, birisi gün isə... - XƏBƏRDARLIQ

Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 13-15, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Oktyabrın 26-sı gündüz, 27-də bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu oktyabrın 27-də ötən günlə müqayisədə 4-6 dərəcə enəcək.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd