Krala STOP: Katalonlar VI Filipi muxtariyyət ərazisində görmək istəmir
Kataloniya rəhbərliyi İspaniya kralı VI Filipi "arzuolunmaz şəxs" elan edərək, onun muxtariyyətə girişini yasaqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qərara səbəb rəsmi Madridin Karles Puçdemonun vəzifəsindən çıxarılması və muxtariyyət səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun qəbul etməsidir.
Kataloniya hökuməti isə bu qərarı demokratiyaya zərbə kimi dəyərləndirərək, bölgədə hökumətin müasir İspaniya Konstitusiyasından əvvəl formalaşdırıldığını qeyd edib.
Qeyd edək ki, Kataloniya Parlamentinin müstəqilliyin elan ediləcəyi iclası oktyabrın 26-da keçiriləcək.