Yevlaxda "TIR" yandı

Yevlaxda "TIR" yanıb, 28 yaşlı sürücü xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində baş verib.

 

Paytaxta doğru hərəkət edən Mehdi Mirzəyevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın baş verib. Sürücü avtomobili söndürməyə cəhd etsə də, buna nail ola bilməyib. Əksinə, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə FHN-in Yevlax rayon Yanğından Mühafizə Hissəsinin briqadası cəlb olunub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb, avtomobildə olan 3 litrlik qaz balonunu mühafizə edib. Nəticədə baş verə biləcək partlayışın qarşısı alınıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli