Avropa Məhkəməsindən qondarma “erməni soyqırımı” ilə bağlı MÖHTƏŞƏM QƏRAR

Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının iclasında İsveçrə hökumətinin iddiasına baxılıb.

 

APA TV-nin xəbərinə görə, İsveçrə hökuməti Avropa Məhkəməsinin 2013-cü ilin dekabrında “Doğu Perincək İsveçrəyə qarşı” işi üzrə qərarından apellyasiya şikayəti vermişdi. O zaman İsveçrə hökuməti Avropa Məhkəməsində Doğu Perincəyə qarşı iddianı uduzmuş, lakin erməni diasporunun təzyiqi ilə apelyasiya şikayəti verməyə məcbur qalmışdı.

 

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası İsveçrə hökumətinin apelyasiya şikayətini rədd edib və əvvəlki qərarı qüvvədə saxlayıb. Qərara əsasən, bundan sonra “erməni soyqırımı” ilə bağlı iddialar tarixi fakt deyil, yalnız subyektiv fikir sayılır. Bunun əksini iddia etmək, “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirmək Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin kobud surətdə pozulması sayılacaq.

 

Qərarda həmçinin bildirilir ki, ermənilərin “1915-ci il soyqırımı”na yanaşması fakt sayılmır və bu hadisələrlə Xolokost qırığını arasında heç bir oxşarlıq yoxdur.

 

İclasa Ermənistanın baş prokuroru Gevorq Kostanyanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. İclasdan əvvəl Kostanyan jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Məhkəməsində ermənilərə qarşı soyqırımı törədildiyinə şübhə doğurmayan qərar gözləyir. Lakin Ermənistan heyətinin iclasda iştirakı belə Avropa Məhkəməsinin Böyük Palatasının qərarına təsir etməyib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı