Qurban Yetirmişli: "Şamaxıda hər gün yeraltı təkanlar baş verir"
Azərbaycanda sonuncu dəfə ən güclü zəlzələ ötən əsrin sonlarında - 1902-ci ilin fevral ayında Şamaxıda baş verib.
APA TV-nin xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, həmin vaxt zəlzələnin gücü 9 baldan çox olub və bu günə kimi ölkədə belə gücdə təkan qeydə alınmayıb: "Düzdür, Şamaxı seysmik aktiv zonadır və hər gün müxtəlif maqnitudada yeraltı təkanlar baş verir. Bakı da hər zaman olduğu kimi, bu gün də seysmik aktiv zonadır. Burada 8-9 bal gücündə zəlzələlər ola bilər. Amma onun nə zaman baş verəcəyi heç kimə bəlli deyil. Zəlzələlərin qarşısını heç vaxt almaq olmaz. Lakin mümkün qədər qabaqlayıcı tədbirlər görərək, yeraltı təkanlar nəticəsində dəyən ziyanı minimuma endirmək mümkündür".
Qurban Yetirmişlinin sözlərinə görə, Azərbaycan və Qafqaz regionunda bu gün də seysmoloji fəallıq davam edir.