İŞİD Suriyada rus tankını ələ keçirdi
İŞİD terrorçuları Əl-Məyadində Suriya ordusuna aid olduğu bildirilən "T-90" tankının fotolarını yayıb.
APA TV-nin "Al-Masdar News"a istinadən məlumatına görə, tankın ötən həftə Fərat bölgəsində ələ keçirildiyi məlum olub.
Qeyd edək ki, hərbi mənbələr tankın hansı şəraitdə itirildiyini açıqlamasa da, onun bölgədəki terrorçu qrupların məhvində iştirak etdiyi bildirilib.