16 yaşlı yeniyetmıni maşın vurub öldürdü

Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə,  hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv