SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

 

S. Məmmədlinin əvvəllər "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində işlədiyi bildirilir.

 

Müəllif | Apa.Tv