İŞİD-ə ən çox silahlı Rusiyadan qoşulub - DİGƏR ÖLKƏLƏR HANSILARDIR?
"İŞİD-ə ən çox silahlılar məhz Rusiya ərazisindən qoşulur".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu məlumat ABŞ "Soufan Group" Analitik Mərkəzinin hesabatında yer alıb.
Qeyd edilib ki, hazırda terror qruplaşmasının tərkibində 3417 rus əsilli döyüşçü var.
İkinci yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşıb. Krallıq ərazisindən İŞİD-in tərkibinə 3224 şəxs qatılıb. Siyahının üçüncüsü isə 3000 döyüşçü ilə İordaniyadır. Son iki yerdə 2926 nəfərlə Tunis və 1910 nəfərlə Fransa qərarlaşıb.
O da bildirilib ki, təşkilatın tərkibindən qaçaraq Rusiyaya 400, Səudiyyə Ərəbistanına 760, İordaniya, Tunis və Fransaya isə müvafiq olaraq 250, 800 və 271 nəfər geri qayıdıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Milli Antiterror Komitəsinin rəhbəri Aleksandr Bortnikov ölkələri terrorçuların ümumi məlumat bazasını formalaşdırmağa çağırıb.