İraq ordusu peşmərgəni vurdu - KÜRDLƏR ABŞ-DAN KÖMƏK İSTƏDİ
İraqda Bağdadla Şimali İraq Kürd Muxtariyyəti arasında başlayan böhran davam edir.
APA TV-nin məlumatına görə, İraq ordusu və "Haşdi Şabi"nin Mosul şəhərinin şimal-qərbindəki Zumardan muxtariyyət sərhədlərində yerləşən peşmərgə qüvvələrini atəşə tutub.
Muxtariyyət hökuməti Təhlükəsizlik Şurasının açıqlamasında İraq ordusunun və "Haşdi Şabi"nin dərhal geri çəkilməsi tələb olunur, "diplomatik həll" istəyi vurğulanır. ABŞ-a müraciət edən Təhlükəsizlik Şurası İraqın "məsuliyyətsiz" hərəkətlərini dayandırmasını tələb edib.
Eyni zamanda İraq ordusu səhər saatlarında İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb. Beynəlxalq koalisiyanın əməliyyatda İraq ordusuna dəstək verdiyi açıqlanıb.